“İnşaatçı-E” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1000271221) öz nizamnamə kapitalının azaldığını bildirən ELAN. “İnşaatçı-E” MMC-nin bütün kreditorların nəzərinə! “İnşaatçı-E” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının miqdarı 100 (yüz) manat məbləğində və ya nizamnamə kapitalının 50 % miqdarında azaldılması haqqında cəmiyyətin ümumi yığıncağı tərəfindən “27” dekabr 2024-cü il tarixində qərar qəbul edilmişdir. Bu elan dərc olunduğu gündən bir ay müddətində “İnşaatçı-E” MMC-nin bütün kreditorlarının “İnşaatçı-E” MMC-nin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Kreditorlar və ya onları təmsil edən səlahiyyətli nümayəndələr 2024-ci ilin dekabr ayının 27-dən 2025-ci ilin yanvar ayının 27-dək hər iş günü saat 11.00-dan saat 17.00-dək (nahar fasiləsi saat 13.00-14.00-dir) Bakı şəhəri, Yusif Səfərov küçəsi, 23 a, 2-ci mərtəbə ünvanına müraciət edə bilərlər.