“Samux Şərab-3” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 21 dekabr 2024-cü il saat, 11.00-da Samux rayonu, Alıuşağı kəndində cəmiyyətin inzibati binasında keçiriləcəkdir. İclasın gündəliyi: 1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı; 2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi; 3. Cəmiyyətin Ümumi yığıncağ və İcra orqanı haqqında Əsasnamələrinin təsdiqi 4. Cəmiyyətin icra orqanının seçilməsi; 5. Cəmiyyətin balansında olan istifadəyə yararsız əsas vəsaitlərin özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi; Növbədənkənar yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin yerləşdiyi Samux rayonu, Alıuşağı kəndində cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (050) 891 10 50