“NORM” Açıq Səhmdar Cəmiyyəti VÖEN: 1400972921 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1-ci maddəsini rəhbər tutaraq, nəzərinizə çatdırıram ki, 15 avqust 2024-cü il tarixində saat 11:00-da AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında “Norm” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir: 1. Cəmiyyətin təsisçisi olacağı yeni hüquqi şəxsin təsis edilməsi zərurətinin araşdırılması və bununla əlaqədar məsələlərin müzakirə edilməsi; 2. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi. Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.