“Novruz” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının növbəti iclasını elan edir. İclas 23 iyul 2019-cu il tarixə saat 10:00-da Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 2 ünvanında yerləşən “Novruz” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında keçiriləcəkdir. İclasın gündəliyinə çıxarılacaq məsələlər aşağıdakılardır:
1. 2018-ci ilin yekunları ilə əlaqədar hesabatların təsdiq edilməsi.
2. “Novruz” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Şahqasımov Qafar Cəbrayıl oğlunun təklifinin müzakirə edilərək, təklifin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi.
O cümlədən:
2.1. “Novruz” Açıq Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasının tərkibini təsdiq etmək;
2.2. “Novruz” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsinin müddətini müəyyən etmək.