“ŞƏKİ-ÇÖRƏK” ASC tərəfindən qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat 1. Emitentin tam adı, təşkilati - hüquqi forması və olduğu yer: “ŞƏKİ-ÇÖRƏK” Açıq Səhmdar Cəmiyyəti, AZ 5500, Şəki şəhəri, Oğuz şossesi 2. 2. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi: ASC-nin yenidən təşkil edilərək MMC-yə çevrilməsi. 3. Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi: AZ1001016992. 4. Qiymətli kağızların növü və forması: adi, adlı səhm. 5. Qiymətli kağızların nominal dəyəri: 2 (iki) manatdır. 6. Dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların sayı: 85276 (səksən beş min iki yüz yetmiş altı) ədəd. 7. Qiymətli kağızların geri satınalınması şərtləri (qiymətli kağızların geri satınalınma dəyəri, ödənilməsi qaydası, və s.): səhmlər müvafiq olaraq paylara çevrilmişdir.