22 iyul 2024-cü il saat 12:00-da Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 29, “Neftqazmaş” ASC-nin akt zalı ünvanında “Sabunçu İstesalat Xidməti Bazası” ASC-nin (VÖEN: 9900028131) səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir. Gündəlikdə olan məsələlər. 1. Cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi; 2. Hüquqi ünvanın dəyişməsi ilə əlaqədar yeni redaksiyada nizamnamənin hazırlanması; 3. Dövlət qeydiyyatı məlumatlarında və cəmiyyətin nizamnaməsində baş vermiş dəyişikliklərin qeydə alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi; 4. Digər məsələlər. Yığıncaqda iştirak etmək niyyəti olan səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı tələb olunur.