“Beeonline” ASC öz səhmdarlarını 28 iyun 2024-cü il saat 12:00-da keçiriləcək növbədənkənar illik ümumi yığıncağa dəvət edir. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir: 1.Maliyyə hesabatlarının təqdim edilməsi və təsdiq edilməsi. 2. Nizamnaməyə dəyişikliyin edilməsi. İllik ümumi yığıncaq Bakı şəhəri, Səməd Vurğun küçəsi, 34, “AF” Mall iş mərkəzində keçiriləcəkdir. Ümumi Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər ilə bağlı materiallarla tanış olmağınız üçün müvafiq sənədlər Ümumi Yığıncağın keçirilməsi zamanı səhmdarlara təqdim ediləcəkdir. Yaranan suallarla əlaqədar olaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 121 ünvanı və ya [email protected] e-mail ünvanına vasitəsi ilə müraciət etməyiniz xahiş olunur.