13.07.2024-cü il tarixində saat 13:00 Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, ev 19A ünvanında ”BAKU KİDS COMPANY” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyində aşağıdakı məsələlər müzakirə olunacaq: 1. ”BAKU KİDS COMPANY” QSC -nin 2023-ci il üzrə illik hesabatı; 2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilənməsələlər. Qeyd: Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 19A ünvanında həftənin bazar ertəsi - cümə günləri saat 14:00-dan 18:00-dək əldə etmək üçün hüquqşünasa müraciət edə bilərsiz . Yığıncaqda şəxsiyyəti təsdiqləyən sənədlə iştirak etməyiniz zəruridir.