"GƏNCƏ-ŞƏFƏQ-TİCARƏT" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ (VÖEN 2300279401) 30.05.2024-cü il tarixdə saat 10:00-da Gəncə şəhəri, Atatürk prospekti 261 ünvanında cəmiyyətin növbəti iclasının keçirilməsini elan edir. İclasın gündəliyi: 1. Cəmiyyətin 2023-cü maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi. 2. Cəmiyyətin 2022 və 2023 maliyyə illəri üzrə bölüşdürülməmiş mənfəət hesabına dividendin verilməsi. 3. Cəmiyyətin direktorlar (müşahidə) şurasının yeni tərkibinin təsdiq edilməsi. Cəmiyyətin növbəti iclasının gündəliyi ilə Gəncə şəhəri, Atatürk prospekti 261 ünvanında tanış ola bilərsiniz. Hörmətlə, İdarə heyəti.