“TID SOLUTION” Qapalı Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 05.01.2024-cü il tarixdə səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərar qəbul etmişdir. “TID SOLUTION” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat aşağıdakılardan ibarətdir: 1. emitentin tam adı, taşkilati-hüquqi forması və olduğu yer - “TID SOLUTION” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 1307176781), AZ1100, Bakı şəhəri Yasamal rayonu, Mirəli Seyidov, ev 4, m. 31; 2. qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi –05.01.2024-cü il tarixində keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının qərarına əsasən; 3. qiymətli kağızların dövlət qeydiyyat nömrəsi - AZ1001023469; 4. qiymətli kağızların növü və forması – sənədsiz, adi, adlı səhm; 5. qiymətli kağızların nominal dəyəri - 100,00 (bir yüz) manat; 6. dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların sayı – 20 (iyirmi) ədəd; 7. qiymətli kağızların geri satın alınmasının başlama və başaçatma tarixi – bu məlumatın dərc edildiyi tarixdən etibarən 2 ay ərzində; 8. qiymətli kağızların geri satın alınması şərtləri (qiymətli kağızların geri satın alınma dəyəri, ödənilməsi qaydası, və s.) - sənədsiz adi adlı səhmlər dövriyyədən çıxarılaraq, müvafiq olaraq paylara çevriləcəkdir.