“NORM” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) səhmdarlarının növbədənkənar ümumi yığıncağının iclası 15 yanvar 2024-cü il tarixdə saat 11:00-da AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyi: 1. Cəmiyyətin nizamnamə kapitalının əlavə səhmlərin buraxılması yolu ilə artırılması; 2. Səhm buraxılışının şərtlərinin müəyyən edilməsi; 3. Cəmiyyətin nizamnamə kapitalında səhmdarların malik olduğu səhmlərin miqdarının müəyyən edilməsi; 4. Cəmiyyətin Nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi; 5. Cəmiyyətin Baş İcraçı Direktoru cənab Sasse Henning Ernst Wilhelm-in əmək müqaviləsi müddətinin uzadılması; 6. Səhm buraxılışının müvafiq dövlət qurumlarında qeydiyyata alınması; 7. Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydiyyata alınması. Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.