25 yanvar 2023-ci il tarixində “BAKI ENERJİ QURAŞDIRMA" ATSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıcağın keçirilməsi Hövsan Mədəniyyət evi – Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov 9 ünvanında, saat 12:00-a təyin edilmişdir. Gündəliyə aşağıdakı məsələlər daxil edilmişdir: 1. “BAKI ENERJİ QURAŞDIRMA" ATSC-nin adının dəyişdirilməsi və Nizamnaməsinin qüvvədə olan qanunvericiliyiə uyğunlaşdırılması ilə əlaqədar yeni redaksiyada təsdiq edilməsi; 2. İcra orqanının formalaşdırılması və qanuni təmsilçinin seçilməsi; 3. Müşahidə Şurasının yaradılması və tərkibinin təsdiq edilməsi; 4. Təftiş Komissiyasının yaradılması və tərkibinin təsdiq edilməsi; 5. Hesablama Komissiyasının yaradılması və tərkibinin təsdiq edilməsi; 6. Audit Komissiyasının yaradılması və tərkibinin təsdiq edilməsi; 7. Cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlər və inzibati işlər Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla ümumi yığıncaq zamanı tanış olmaq mümkündür.