Kreditor “KRASNIY PİŞEVİK” Açıq Səhmdar Cəmiyyəti (ünvan: Belarus Respublikası, Mogilyovskaya vilayəti, 213800 Bobruysk şəhəri, Baharov küçəsi, 145. VÖEN № 700067279) borclu “BELARUS ŞİRNİYYATLARI” MMCnin (ünvan: AZ1094, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1145 A. VOEN № 1803577981) müflis elan edilməsi və Həsənov Mahir Samir oğlunun əmlak inzibatçısı təyin edilməsi tələbinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4669/2023 saylı həmin işin məhkəmə baxış iclası 23.11.2023-cü il tarixə, saat 09:00-yə Bakı Kommersiya Məhkəməsinin inzibati binasına (zal 7) təyin edilmişdir. “BELARUS ŞİRNİYYATLARI” MMC-nin kreditorları borclu hüquqi şəxsə qarşı tələblərini bildirə bilərlər.