Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Sumqayıt Polimer” Açıq Səhmdar Cəmiyyətin Nizamnaməsinə əsasən səhmdarların Ümumi Yığıncağının keçirilməsi nəzərdə tutulub. İclasın keçirilmə tarixi və vaxtı: 22 dekabr 2023-cü il, saat 15:00. İclasın keçirilmə ünvanı: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 12. Ümumi Yığıncağın gündəliyi aşağıdakı kimidir: - “Sumqayıt Polimer” Açıq Səhmdar Cəmiyyətində rəhbər dəyişikliyi. Ümumi Yığıncağın gündəliyinin materiallarını və yığıncağın gündəliyinə salınan məsələlərlə bağlı təklifləri əldə etmək üçün hər həftənin birinci və üçüncü günləri saat 10:00-dan 13.00-dək “Sumqayıt Polimer” ASC-nin Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 12 nömrəli ünvanına müraciət etmək olar.