"Lənkəran-Konserv" ASC (ləğv prosesindədir)
VÖEN: 2600118231
“01” noyabr 2023-cü il tarixdə saat 11:00-da, Lənkəran rayonu, Lənkəran şəhəri, Əli Bayramov küçəsi, 77 ünvanında “Lənkəran-Konserv” ASC-nin (ləğv prosesindədir) (dövlət qeydiyyatı № (VÖEN) 2600118231) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Səhmdarların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcəkdir:
1. Ləğvetmə prosesinin yekunlaşdırılması üçün AR Mülki Məcəlləsinin 59.6-cı maddəsi ilə müəyyən edilmiş müddət ötürüldüyündən, ləğvetmə prosesində olan “Lənkəran-Konserv” ASC-nin (ləğv prosesindədir) fəaliyyətinin bərpa edilməsi ilə bağlı məsələlər.
2. “Lənkəran-Konserv” ASC-nin (ləğv prosesindədir) ləğvetmə komissiyasının ləğv edilməsi və Cəmiyyətin kollegial icra orqanı olan İdarə Heyətinin yenidən formalaşdırılması ilə bağlı məsələlər.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış ola bilərsiniz.
Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsiyyətinizi təsdiq edən sənədlə bilavasitə özünüzün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəniz vasitəsilə iştirakınız xahiş olunur.