“Yevlax Aqrotexservis” ASC (VÖEN 2200160251) bildirir ki, səhmdarlarının ümumi yığıncağının iclası 11 sentyabr 2023-cü il tarixə saat 14:00 təyin olunmuşdur. İclas, AZ6600, YEVLAX RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKT, ev 107 ünvanda keçiriləcəkdir. Cəmiyyətin səhmdarların;n həmin iclasda iştirak etməyi zəruridir. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. “Yevlax Aqrotexservis” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Ruslan Şahmar oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi; 2. “Yevlax Aqrotexservis” ASC-nin Ləğvetmə Komissiyasının tərkibini təsdiq etmək; 3. “Yevlax Aqrotexservis” ASC-nin ləğv edilməsinin müddətini müəyyən etmək; 4. “Yevlax Aqrotexservis” ASC-nin səhmlərinin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi. “Yevlax Aqrotexservis” ASC-nin İdarə Heyətinin sədri Məmmədov Vaqif Əziz oğlu