VERGİLƏR

sosial-iqtisadi onlayn qəzet
Elanın dərc edildiyi tarix: 26/07/2023 18:47
Ödəniş tapşırığı №: 0
“Gəncə Körpü Tikini-2” ASC
VÖEN: 2300214521

“Gəncə Körpü Tikini-2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 30 avqust 2023-cü il tarixdə, saat 16:00 -da Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 ünvanında keçiriləcəkdir. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. Cəmiyyətin Maliyyə hesabatı; 2. Cəmiyyətin Idarə Heyətinin hesabatı; 3. 2022-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirə olunması və illik hesabatın təsdiq olunması; 4. Cəmiyyətin Nizamnaməsinin yeni redaksiyada təsdiqlənməsi və hüquqi ünvanın dəyişdirilməsi; 5. Dividendlərin paylanması; 6. Cəmiyyətin Direktorlar Şurası Sədrinin və üzvlərinin seçkisi; 7. Cəmiyyətin İdarə Heyəti Sədrinin və üzvlərinin seçkisi. Növbədənkənar ümumi yığıncağın gündəliyi üzrə materiallarla, iş günləri saat 10:00-dan 17:00-dək , Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 ünvanında, qanunvericiliyə müvafiq qaydada müraciət etməklə, tanış ola bilərsiniz. Nəzərinizə çatdırırıq ki, ümumi yığıncaq iştirakçılarının qeydiyyatı, yığıncağın başlanmasına 2 ( iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların Növbədənkənar ümumi yığıncağında özünüz, yaxud notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəniz iştirak edə bilər. “Gəncə Körpü Tikini-2” ASC-nin İdarə Heyəti

Vergi ödəyicilərinin nəzərinə!
Elan dərc olunduğu tarixdən 3 (üç) ay ərzində
saytın “Elanlar” bölməsində aktiv olacaq.

Elanın doğruluğuna əmin olmaq üçün
QR-code scan edib, yoxlaya bilərsiniz