“Yevlax Kənd Təchizat” ASC(VÖEN 2200077471) bildirir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının iclası 11 avqust 2023-cü il tarixə saat 09:30 təyin olunmuşdur. İclas, Yevlax şəhəri Nizami küçəsi ev 2 ünvanda keçiriləcəkdir. Cəmiyyətin səhmdarlarının həmin iclasda iştirak etməyi zəruridir. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. “Yevlax Kənd Təchizat” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi; 2. “Yevlax Kənd Təchizat” ASC-nin Ləğvetmə Komissiyasının tərkibini təsdiq etmək; 3. “Yevlax Kənd Təchizat” ASC-nin ləğv edilməsinin müddətini müəyyən etmək; 4. “Yevlax Kənd Təchizat” ASC-nin səhmlərinin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi. “Yevlax Kənd Təchizat” ASC-nin İdarə Heyətinin sədri Bəşirov Mirtofiq Faxrəddin oğlu