26 iyun 2023-cü il tarixdə, saat 10:00-da, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ünvanında, Cəmiyyətin inzibati binasında “Bakı-Əhəng” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir: 1. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi; 2. Cəmiyyətin direktorunun təyin edilməsi; 3. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi; 4. Cəmiyyətin təsis sənədlərinə edilən dəyişikliklərin qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi; 5. Digər məsələlər. Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda əldə etmək olar.