“AzeSteelCompany” ASC-nin Səhmdarlarının növbəti illik ümumi yığınağının çağırılması barədə ELAN Məlumat üçün bildiririk ki, 19 iyun 2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Cəlil Məmmədquluzadə 102 ünvanında (Citypoint İş mərkəzi, 3-cü mərtəbə) “AzeSteelCompany” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir. Gündəliyə daxil olan məsələlər: 1. Səhmlərin buraxılışı; 3. İstiqraz buraxılışı; 4. Maliyyə hesabatlarının təsdiq edilməsi; 5. Korporativ idarəetmə strukturunda təkmilləşmə və dəyişikliklər; 6. Nizamnamənin yeni redaksiyasının təsdiq edilməsi; 7. Digər məsələlər. Növbəti Ümumi Yığıncağın gündəliyi üzrə materiallar ilə aşağıdakı ünvanda tanış olmaq olar: Ünvan: Bakı şəhəri, C.Məmmədquluzadə 102 A City Point Baku iş mərkəzi Nəzərinizə çatdırırıq ki, səhmdar Ümumi Yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. Ümumi Yığıncaqda iştirak edən səhmdar və ya nümayəndəsi şəxsiyyətini təsdiq edən sənədin əslini (nümayəndə olduqda etibarnaməsinin təsdiq edilmiş surətini) təqdim etməlidir.