Ləğv prosesində olan “Zəyəm Sənaye İstehsal” ASC-nin Ləğvetmə komissiyası bildirir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının növbəti iclası 31 yanvar 2023-cü il tarixə saat 15:00 təyin olunmuşdur. İclas, Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsi 60A ünvanında keçiriləcəkdir. Cəmiyyətin səhmdarlarının həmin iclasda iştirak etməsi zəruridir. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələ aşağıdakıdır: 1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi. Qeyd: Cəmiyyətin mülkiyyətində əmlak olmadığından, qalıq əmlakının bölünməsi planını əks etdirən hesabat tərtib edilməmişdir.