“BEEONLİNE” ASC-nin növbədənkənar ümumi yığıncağının 5 dekabr 2022-ci il tarixində saat 11:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 121 ünvanında keçiriləcəkdir. Gündəliyə daxil olan məsələlər: 1. Nizamnaməyə dəyişikliklərin edilməsi. 2. Nizamnamənin yeni redaksiyasının dövlət qeydiyyatına təqdim edilməsi Növbədənkənar ümumi yığıncağın gündəliyi ilə bağlı materiallarla aşağıdakı ünvanda tanış olmaq olar: Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 121 Nəzərinizə çatdırırıq ki, səhmdar Ümumi Yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. Ümumi Yığıncaqda iştirak edən səhmdar və ya nümayəndəsi şəxsiyyətini təsdiq edən sənədin əslini (nümayəndə olduqda etibarnaməsinin təsdiq edilmiş surətini) təqdim etməlidir.