Hörmətli Səhmdar! Bildiririk ki, 2022-ci il noyabr ayının 29-da saat 15-00-da “SALYAN-AVTOVAĞZAL” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Ünvan: Salyan şəhəri Y.Qasımov - 3 Yığıncağın gündəliyi: 1.Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında Təsviyəçinin hesabatı. Ləğvetmə balansının təsdiqi. 2 Cəmiyyətin AZ1001008106 nömrəsi ilə dövlət qeydiyyatına alınmış 31689 ədəd adi, sənədsiz, adlı səhminin silinərək dövriyyədən çıxarılması. 3.Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatın təsdiqi. 4.Qalıq əmlakın iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabata uyğun olaraq Cəmiyyətin əmlakının iştirakçıların payına mütənasib şəkildə bölünməsi, bölünən əmlakın natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi. 5. Təsviyəçiyə səlahiyyətlərin verilməsi. 6.Digər məsələlər. Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.