25 noyabr 2022-ci il tarixində saat 11:00-da “Azərşin” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. İclasın gündəliyində aşağıdakı məsələlər durur: 1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması; 2. “Azərşin” ASC-nin Nizamnaməsinin yeni redaksiyasının təsdiqi; 3. Direktorlar (Müşahidə) Şurasının, İcra orqanının və Təftiş komissiyasının formalaşdırılması; 4. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması; 5. Digər məsələlər. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 8, “Azərşin ASC-nin inzibati binası. Əlaqə telefonu: (050) 212-55-89