“13” oktyabr 2022-ci il tarixdə saat 15:00-da, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 94 ünvanında (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 134.) “Qarabağ Futbol Klubu” MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. İştirakçıların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə olunacaqdır: 1. “Qarabağ Futbol Klubu” MMC-də təsisçi dəyişikliyi ilə bağlı cəmiyyətin nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi. 2. “Qarabağ Futbol Klubu” MMC-nin nizamnaməsinin altıncı redaksiyada təsdiq edilməsi. 3. “Qarabağ Futbol Klubu” MMC-nin dövlət qeydiyyatı məlumatlarındakı dəyişikliklərin qeydə alınması üçün qeydiyyat orqanına müraciətlə bağlı məsələlər. İştirakçılar ümumi yığıncağın gündəliyi üzrə materiallarla yuxarıdakı ünvanda tanış ola bilərlər. İştirakçılardan, şəxsiyyətini təsdiq edən sənədlə bilavasitə özünün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəsi vasitəsilə qeyd edilən növbədənkənar ümumi yığıncaqda iştirakı xahiş olunur.