“Salyan-Sərnişin” ASC-nin Səhmdarlarinin nəzərinə! Cəmiyyətin səhmdarlarının 18 iyun 2022-ci il tarixli ümumi yığıncağında aşağıdakı qərarlar qəbul edilmişdir. 1.Cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı qənaətbəxş hesab edilsin. 2 “Salyan-Sərnişin” ASC ləğv edilsin. 3. “Salyan-Sərnişin” ASC ləğv eilməsi ilə əlaqədar Ləğvetmə komissiyası yaradılsın - Ləğvetmə komissiyası 10 gün müddətində müvafiq mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirsin. - Ləğvetmə komissiyası “Salyan-Sərnişin” ASC-nin AZ1001018584 qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 2 (iki) manat olan 159750 ədəd sənədsiz, adi, adlı səhmi geri alınaraq dövriyyədən çıxarılmasını təmin etsın. - Ləğvetmə komissiyası tərəfindən 15 gün ərzində, cəmiyyətin ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın 5 saylı Ərazi Vergilər İdarəsinə ərizə ilə müraciət edilsin.