2022-ci il avqustun 12-də saat 11:00-da Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, bina 22 ünvanda yerləşən Cəmiyyətin inzibati binasında “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Növbəti Ümumi Yığıncağı keçiriləcəkdir ( AR MM-nin 107-2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada yenidən çağırılan Ümumi Yığıncaq). Səhmdarların növbəti Ümumi Yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir: 1. Cəmiyyətin 2021-ci il üçün illik və maliyyə hesabatları barədə; 2. Cəmiyyətin Müşahidə Şurası barədə; 3. Cəmiyyətin Təftiş Komissiyası barədə; 4. Cəmiyyətin 2022-2023-cü illər üçün inkişaf perspektivləri və planları barədə;