"Oriyad balıq" ASC səhmdarlarının nəzərinə! “Oriyad balıq" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 12 iyul 2022-ci il saat 11.00-da Səttar Bəhlulzadə adına mədəniyyət evində (Vladimir Balandin küçəsi 24, Suraxanı rayon İcra Hakimiyyəti binasının yanı) keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyi: 1. Səhmdar cəmiyyətindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaradılması. 2. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması və nizamnaməyə edilmiş dəyişikliklərin təsdiqi. 3. Yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balansının və təhvil aktının təsdiqi. 4. Dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərin həyata keçirilməsi üçün səlahiyyətli şəxslərin təyin edilmesi. Səhmdarlar ümumi yığıncaqda şəxsən və ya etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak edə bilərlar. Səhmdarların ümumi yığıncağında şəxsiyyəti təsdiq edən sənadlə iştirakı vacibdir. Ümumi yığıncağın materialları ilə tanış olmaq üçün idarə heyətinə müraciət etmək olar. Hörmətlə, İdarə heyəti