“Bərdə Broyler” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının nəzərinə! 29 iyun 2022-ci il tarixində, saat 12:00-da Cəmiyyətin Səhmdarlarının növbəti ümumi yığıncağı Azərbaycan Respublikasında tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair” Təlimatının tələblərinə əsasən, “zoom.us” tətbiqi vasitəsi ilə onlayn formatda həyata keçiriləcəkdir. Onlayn iclasa qoşulma barədə təlimat səhmdarlara bildiriş vasitəsi ilə göndərilmişdir. Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir: I. “Bərdə Broyler” ASC-nin 2021-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması məsələsi haqqında; II. “Bərdə Broyler” ASC tərəfindən 2021-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi haqqında; III. Digər məsələlər.