Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Sumqayıt Polimer” Açıq Səhmdar Cəmiyyətin Nizamnaməsinə əsasən, səhmdarların Ümumi Yığıncağının keçirilməsi nəzərdə tutulub. İclasın keçirilmə tarixi və vaxtı: 29 iyun 2022-ci il, saat 15:00. İclasın keçirilmə ünvanı: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 12. Ümumi Yığıncağın gündəliyi aşağıdakı kimidir: 1.“Sumqayıt Polimer” Açıq Səhmdar Cəmiyyətinin mühasibat balansını, mənfəət və zərər hesabatlarını təsdiq etmək; 2. Digər məsələlər. Ümumi Yığıncağın gündəliyi üzrə materialları əldə etmək üçün, həmçinin, Ümumi Yığıncağın gündəliyinə salınan məsələlərlə bağlı təklifləri hər həftənin birinci və üçüncü günü saat 10:00-dan 13.00-dək “Sumqayıt Polimer” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 12 ünvanına müraciət edə bilərsiniz.