“Salyan - Avtovağzal” ASC-nin səhmdarlarının nəzərinə! 2022-ci il iyun ayının 17-də saat 11-00-da “Salyan - Avtovağzal” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyi: 1. Cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı. 2. Cəmiyyətin ləğv olunması. 3. Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi. 4. Diğər məsələlər. Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir. Xahiş edirik dəvətimizi qəbul edəsiniz. Ünvan: Salyan şəhər, Y. Qasımov küçəsi -3 Əlaqə telefonu: 0504821188 “Salyan - Avtovağzal”ASC-nin İdarə Heyətinin sədri