01 aprel 2019-сu il tarixdə saat 14:00-da Şəki şəhəri, Oğuz şossesi, ev 2 ünvanında "ŞƏKİ-ÇÖRƏK" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının (VÖEN:3001687131) növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur: 1."ŞƏKİ-ÇÖRƏK" ASC-nin icra orqanının (direktorunun) seçilməsi. 2."ŞƏKİ-ÇÖRƏK" ASC-nin təşkilati-hüquqi formasını dəyişərək məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi. 3.Digər təşkilati məsələlər. Ümumi yığıncağın gündəliyində duran məsələlərə aid sənədlərlə 10.03.2019-cu il tarixdən etibarən hər gün saat 11:00-dan 15:00-dək "ŞƏKİ-ÇÖRƏK" ASC-nin yerləşdiyi Şəki şəhəri, Oğuz şossesi 2 ünvanında tanış olmaq olar. Əlaqə telefonu: (055) 830-27-74.