“Zaqatala Texnoloji Komplektləşdirmə” ASC səhmdarlarının ümumi yığıncağı 18 aprel 2022-ci il saat 11.00-da Zaqatala rayonu, Muğanlı kəndi, Dəmir yol stansiyası ünvanında cəmiyyətin inzibati binasında keçiriləcəkdir. Gündəlikdəki məsələlər: 1. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi; 2. Cəmiyyətin ümumi yığıncağı, müşahidə (direktorlar) şurası, icra orqanı və təftiş komissiyası haqqında əsasnamələrin təsdiqi; 3. Cəmiyyətin müşahidə (direktorlar) şurasının, icra orqanının və təftiş komissiyasının formalaşdırılması; 3. Cəmiyyətin balansında olan əsas vəsaitlərin istismara yararlılıq vəziyyətinin müzakirəsi; 4. Digər məsələlər. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu – 050–211–35–20 “Zaqatala Texnoloji Komplektləşdirmə” ASC-nin icra orqanı