“Ələt Ağac Emalı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 28 fevral 2022-ci il saat 11.00-da Bakı şəhəri Qaradağ rayonu, Ələt Qəsəbəsində cəmiyyətin inzibati binasında keçiriləcəkdir. İclasın gündəliyi: 1.Cəmiyyətin 2021-ci ilin maliyyə təsərrüfat fəaliyyəti barədə icra orqanının illik hesabatı; 2.Cəmiyyətin idarəetmə orqanlarının formalaşdırılması; 3. “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.05.2020-ci il tarixli, 1032 nömrəli fərmanının icrasına uyğun olaraq, “Ələt Ağac Emalı” ASC-nin köçürülməsi məsələsinin müzakirəsi; 4. Digər məsələlər. COVİD-19 Pandemiyasi ilə əlaqəqar peyvənd, immunitet sertifikatı və ya COVİD-19 virusuna yoluxmama barədə testin nəticəsini təqdim etməyən şəxslər iclasda iştirak edə bilməzlər. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (050)-204-10-06 “Ələt Ağac Emalı” ASC-nin icra orqanı