“Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112 B BİLDİRİŞ (Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasının çağırılmasına dair) Bakı şəhəri 27.12.2021-ci il SƏHMDARLARIN NƏZƏRİNƏ! “Bank Avrasiya” ASC-nin Müşahidə Şurası Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasını çağırır. İclas barədə məlumat İclasın tarixi: 27.01.2022-ci il İclasın vaxtı: Saat 10:00 İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112 B İclasın gündəliyi 1) Bankın Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddətinin uzadılması barədə 2) Bankın Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiqi Materiallarla tanış olma qaydası Gündəlik üzrə materiallarla Bankın baş inzibati binasında (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112 B), iclas tarixinədək iş günləri saat 09:00-dan 18:00-dək tanış ola bilərsiniz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. “Bank Avrasiya” ASC-nin Müşahidə Şurası