VERGİLƏR

sosial-iqtisadi onlayn qəzet
Elanın dərc edildiyi tarix: 20/12/2021 18:41
"Qazax Konserv Zavodu" ASC
VÖEN: 4200087251

“Qazax Konserv Zavodu” ASC-nin səhmdarlarının 07 dekabr 2021-ci il tarixdə baş tutmuş növbədənkənar ümumi yığıncağında qəbul edilən qərarın qısa xülasəsi: 1. “Qazax Konserv Zavodu” ASC (dövlət qeydiyyatı № (VÖEN) 4200087251) ləğv edilsin. 2. Cəmiyyətin İdarə Heyətinin sədri və onun üzvləri, eləcə də Direktorlar şurasının (Müşahidə şurasının) sədri və onun üzvləri tutduqları vəzifədən azad edilsin. 3. Aşağıdakı tərkibdə ləğvetmə komissiyası yaradılsın və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlər ləğvetmə komissiyasının sədri təyin edilmiş şəxsə həvalə edilsin: • Ləğvetmə komissiyasının sədri - Əhmədov Mirzə Rəcəb oğlu • Ləğvetmə komissiyasının üzvü - Hüseynov Elnur Musa oğlu • Ləğvetmə komissiyasının üzvü - Bənnayev Rahib Namiq oğlu 4. Cəmiyyətin ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanına müraciət edilsin. Bu məqsədlə zəruri işlərin icrası ləğvetmə komissiyasının sədri təyin edilmiş Əhmədov Mirzə Rəcəb oğluna həvalə edilsin. 5. Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə bağlı investisiya qiymətli kağızları dövriyyədən çıxarılsın və ləğv edilsin. Bu məqsədlə zəruri işlərin icrası ləğvetmə komissiyasının sədri təyin edilmiş Əhmədov Mirzə Rəcəb oğluna həvalə edilsin. 6. “Qazax Konserv Zavodu” ASC-nin 25 aprel 2013-cü il tarixli 100401616461913 saylı kredit müqaviləsi ilə ASC “Xalq” Bankın qarşısında götürdüyü bütün öhdəliklərin AR Mülki Məcəlləsinin 522-ci maddəsinin tələbləri nəzərə alınmaqla “Qafqaz Konserv Zavodu” MMC-yə ötürülməsinə razılıq verilsin. Qeyd edilən öhdəliklərin “Qafqaz Konserv Zavodu” MMC-yə ötürülməsinə icazə verilməsi üçün ASC “Xalq” Banka müraciət edilsin. Öhdəliklərin verilməsinə icazə verilməsi məqsədilə ASC “Xalq” Banka müraciət və öhdəliklərin verilməsi məqsədilə zəruri olan bütün sənədləşmə işlərini “Qazax Konserv Zavodu” ASC-nin adından həyata keçirtmək səlahiyyətləri ləğvetmə komissiyasının sədri təyin edilmiş Əhmədov Mirzə Rəcəb oğluna həvalə edilsin.

Vergi ödəyicilərinin nəzərinə!
Elan dərc olunduğu tarixdən 3 (üç) ay ərzində
saytın “Elanlar” bölməsində aktiv olacaq.

Elanın doğruluğuna əmin olmaq üçün
QR-code scan edib, yoxlaya bilərsiniz