“Lənkəran-Konserv” ASC-nin səhmdarlarının 30 noyabr 2021-ci il tarixdə baş tutmuş növbədənkənar ümumi yığıncağında qəbul edilmiş qərarın qısa xülasəsi: 1. “Lənkəran-Konserv” ASC (dövlət qeydiyyatı № (VÖEN) 2600118231) ləğv edilsin. 2. Cəmiyyətin İdarə Heyətinin sədri və onun üzvləri, eləcə də Direktorlar şurasının (Müşahidə şurasının) sədri və onun üzvləri tutduqları vəzifədən azad edilsin. 3. Aşağıdakı tərkibdə ləğvetmə komissiyası yaradılsın və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlər ləğvetmə komissiyasının sədri təyin edilmiş şəxsə həvalə edilsin: • Ləğvetmə komissiyasının sədri - Əliyev Nurlan İntiqam oğlu • Ləğvetmə komissiyasının üzvü - Cəfərov Vüqar Mirislam oğlu • Ləğvetmə komissiyasının üzvü - Qurbanov Emil Aydın oğlu 4. Cəmiyyətin ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanına müraciət edilsin. Bu məqsədlə zəruri işlərin icrası ləğvetmə komissiyasının sədri təyin edilmiş Əliyev Nurlan İntiqam oğluna həvalə edilsin. 5. Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə bağlı investisiya qiymətli kağızları dövriyyədən çıxarılsın və ləğv edilsin. Bu məqsədlə zəruri işlərin icrası ləğvetmə komissiyasının sədri təyin edilmiş Əliyev Nurlan İntiqam oğluna həvalə edilsin. 6. “Lənkəran-Konserv” ASC-nin 25 aprel 2013-cü il tarixli 100401616451613 saylı kredit müqaviləsi ilə ASC “Xalq” Bankın qarşısında götürdüyü bütün öhdəliklərin AR Mülki Məcəlləsinin 522-ci maddəsinin tələbləri nəzərə alınmaqla “Qafqaz Konserv Zavodu” MMC-yə ötürülməsinə razılıq verilsin. Qeyd edilən öhdəliklərin “Qafqaz Konserv Zavodu” MMC-yə ötürülməsinə icazə verilməsi üçün ASC “Xalq” Banka müraciət edilsin. Öhdəliklərin verilməsinə icazə verilməsi məqsədilə ASC “Xalq” Banka müraciət və öhdəliklərin verilməsi məqsədilə zəruri olan bütün sənədləşmə işlərini “Lənkəran-Konserv” ASC-nin adından həyata keçirtmək səlahiyyətləri ləğvetmə komissiyasının sədri təyin edilmiş Əliyev Nurlan İntiqam oğluna həvalə edilsin.