“07” dekabr 2021-ci il tarixdə saat 11:00-da, Qazax rayonu, Qazax şəhəri, Ə. Şıxlinski küçəsi, 105 ünvanında “Qazax Konserv Zavodu” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların növbədənkənar ümumi yığıncağında “Qazax Konserv Zavodu” ASC-nin ləğv edilməsi məsələsi müzakirə olunacaqdır. Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış ola bilərsiniz. Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsiyyətinizi təsdiq edən sənədlə bilavasitə özünüzün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəniz vasitəsilə iştirakınız xahiş olunur.