Ləğvetmə prosesində olan "Bakı Yod" ASC-nin səhmdarlarının nəzərinə! Ləğvetmə prosesində olan "Bakı Yod" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 7 oktyabr 2021-ci il, saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 10 ünvanında yerləşən “Bakı Kondisioneri” ASC-nin inzibati binasında keçiriləcəkdir. İclasın gündəliyi: 1. Ləğvetmə prosesində olan “Bakı Yod” ASC-nin təsviyəçisinin dəyişdirilməsi; 2. Ləğvetmə prosesinin yenidən başladılması; 3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (070) 246 13 06