“Mingəçevir-Qum-Çınqıl” ATSC səhmdarlarının növbəti ümumi yığıncağı 07 iyun 2021-ci il saat 11.00-da Mingəçevir şəhəri, 20 yanvar küçəsi 1 ünvanında cəmiyyətin inzibati binasında keçiriləcəkdir. İclasın gündəliyi: 1. “Mingəçevir-Qum-Çınqıl” ATSC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi. 2. Cəmiyyətin ümumi yığıncağı və icra orqanı haqqında əsasnamələrin təsdiqi. 3. Cəmiyyətin icra orqanının formalaşdırılması. 4. Əsas vəsaitlərin istismara yararlılıq vəziyyətinin müzakirəsi. 5. Digər məsələlər. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (050) 357 87 67 “Mingəçevir-Qum-Çınqıl” ATSC-nin icra orqanı.