“Beyləqan Konserv” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 02 iyun 2021-ci il saat 11.00-da Beyləqan rayonu, S.İmrəliyev küçəsi 1 ünvanında cəmiyyətin inzibati binasında keçiriləcəkdir. İclasın gündəliyi: 1. “Beyləqan Konserv” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi. 2. Cəmiyyətin ümumi yığıncağı, müşahidə (direktorlar) şurası, icra orqanı və təftiş komissiyası haqqında əsasnamələrin təsdiqi. 3. Cəmiyyətin müşahidə (direktorlar) şurasının, icra orqanının və təftiş komissiyasının formalaşdırılması. 4. Digər məsələlər. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (050) 203-01-00 “Beyləqan Konserv” ASC-nin icra orqanı.