14 aprel 2022-ci il saat 10.00-da Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 (keçmiş Özbəkistan küçəsi 1) nömrəli ünvanda “Sumqayıt Dəmir Beton-1” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. “Sumqayıt Dəmir Beton-1” ASC-nin 2021-ci il üzrə maliyyə hesabatının müzakirəsi.
2. “Sumqayıt Dəmir Beton-1” ASC-nin ləğv edilməsi.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatlarla (materiallarla) Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 (keçmiş Özbəkistan küçəsi 1) nömrəli ünvanda iş vaxtı tanış olmaq mümkündür.
Əlaqə telefonu: (050) 223-41-29.
Səhmdarlar ümumi yığıncaqda iştirak etmək üçün şəxsiyyətlərini təsdiqləyən sənədi, onların nümayəndələri isə öz şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim etməlidirlər.
“Sumqayıt Dəmir Beton-1” ASC-nin müşahidə şurası.