“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti elan edir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 15 sentyabr 2020-ci il tarixdə, saat 10:00-da “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisində (ünvan: Həsən Əliyev küçəsi 4/186) keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirə olunması nəzərdə tutulmuşdur: 1. Səhmdarın adının dəyişilməsi ilə əlaqədar nizamnaməyə dəyişikliyin edilməsi; 2. Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddətlərinin növbəti müddətə yenidən təsdiqlənməsi. Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva R. Ə. təyin edilmişir. Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]