“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (olduğu yer: Bakı şəhəri, AZ 1065, Yasamal rayonu, İnşaatçılar prospekti, 75C) səhmdarlarının nəzərinə çatdırılır ki, 06 aprel 2020-ci il tarixində saat 15:00-da “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinin ünvanında səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Səhmdarların ümumi yığıncağının gündəliyi:
1. 2019-cu ilin yekunu üzrə maliyyə hesabatlarının təsdiqi;
2. 2019-cu ilin yekunu üzrə xalis mənfəətin səhmdarlar arasında bölüşdürülməsi.
Gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə sənədlərlə şirkətin yuxarıda qeyd olunan ünvanındakı ofisində tanış olmaq olar.
Əlaqə üçün şəxs: Gülnarə Cavadova, tel.: 012 990 (dax. 9906).