Ləğv prosesində olan “Novruz” Açıq Səhmdar Cəmiyyətinin Ləğvetmə komissiyası bildirir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının növbəti iclası 23 mart 2020-ci il tarixə saat 11:00 təyin olunmuşdur. İclas, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 2 ünvanında yerləşən “Novruz” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında keçiriləcəkdir. Cəmiyyətin səhmdarlarının həmin iclasda iştirak etməsi zəruridir. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin qalıq əmlakının bölünməsi planının təsdiq edilməsi;
2. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi.
“Novruz” ASC-nin Ləğvetmə komissiyasının sədri Ramiz Quliyev