“HİDAYƏT-N” Mənzil-Tikinti Kooperativinin təsisçiləri Kazımov Rövşən Əhəd oğluna Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi ev 26, mənzil 84 Rüstəmova Venera Əhəd qızına Gəncə şəhəri, Nizami rayonu, Akademik Həsən Əliyev küçəsi ev 106, mənzil 2 Rüstəmzadə Cəfərsadiq Rövşən oğluna Gəncə şəhəri, Nizami rayonu, Akademik Həsən Əliyev küçəsi ev 106, mənzil 2 Qarayeva Südabə Ələsgər qızına Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi Yolu, ev 8, mənzil 8 Rüstəmova Fidan Rövşən qızına Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, məhəllə 851, ev 10, mənzil 100 Kərimov Elçin Səlim oğluna Bakı şəhəri, K.Rəhimov küçəsi, ev 22, mənzil 104 BİLDİRİŞ Hörmətli Təsisçilər, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 408/2025-018 nömrəli, 15.01.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar 05 oktyabr 2026-cı il tarixdə, saat 11 -00-da Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 2319 ünvanında (“HİDAYƏT-N” MTK-nın ofisində) HİDAYƏT-N Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının keçirilməsi nəzərdə tutulmuşdur. Yığıncağın gündəliyi: İcra sənədində adları göstərilən şəxslərə 1. Yaşayış sahəsinin verilməsi barədə “Hidayət-N” MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının verilməsi; 2. İstismar aktının alınması məqsədilə “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Aərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli 309 nömrəli qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi; 3. Digər məsələlər. Xahiş olunur ki, yığıncaqda şəxsən və ya qanunvericiliyə uyğun qaydada səlahiyyəti təsdiqlənmiş nümayəndəniz vasitəsilə iştirak edəsiniz. Hörmətlə, “HİDAYƏT-N” MTK-nın sədri: Svetlana Kazımova.