VERGİLƏR

sosial-iqtisadi onlayn qəzet
Elanın dərc edildiyi tarix: 17/08/2026 14:30
Ödəniş tapşırığı №: 0
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
VÖEN: 9900001881

Hörmətli səhmdar! “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “ABB” ASC) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 30.09.2026-cı il tarixində Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı (bundan sonra – Ümumi Yığıncaq) keçiriləcəkdir. Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir: 1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin Bankın Müşahidə Şurasında təmsil olunması; 2. “ABB” ASC-nin Nizamnaməsinə dəyişiklik edilməsi; 3. “ABB” ASC-nin Müşahidə Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilməsi. Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səsvermə bülleteni 24.08.2026-cı il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az). Gündəlikdə olan məsələlərə dair münasibətinizi şəxsi kabinet vasitəsilə 24.08.2026-cı il tarixindən 29.09.2026-cı il, saat 23:59-a kimi elektron qaydada bildirməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz. Yuxarıda qeyd olunan şəkildə elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.

Vergi ödəyicilərinin nəzərinə!
Elan dərc olunduğu tarixdən 3 (üç) ay ərzində
saytın “Elanlar” bölməsində aktiv olacaq.

Elanın doğruluğuna əmin olmaq üçün
QR-code scan edib, yoxlaya bilərsiniz