02 iyul 2026-cı il tarixində “Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın keçirilməsi Bankın Bakı şəhəri, Nizami küçəsi, ev 112B ünvanında yerləşən inzibati binasında, saat 11:00-da təyin edilmişdir. Gündəliyə aşağıdakı məsələlər daxil edilmişdir: 1. “Bank Avrasiya” ASC-nin 01.01.2025-ci il tarixindən 31.12.2025-ci il tarixi üzrə kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatının təsdiqinə dair. Gündəliyə daxil edilmiş məsələlərlə tanış olmaq üçün bankın yuxarıda qeyd edilən inzibati binasına müraciət edə bilərsiniz. İdarə Heyətinin Sədri Rüfət Kərimov.