"POSAT" Bağ Tikinti Kooperativinin təsisçilərinin nəzərinə! "POSAT" Bağ Tikinti Kooperativinin 12.05.2026-cı il tarixdə saat 11:00-a təyin edilmiş Ümumi Yığıncağı yetərsay olmadığından baş tutmamışdır. Ona görə də, Kooperativin icra orqanı bildirir ki, 01.06.2026-cı il tarixdə saat 11:00-da Kooperativin təsisçilərinin Ümumi Yığıncağı təkrar keçirləcəkdir. Ümumi Yığıncaqda müzakirəyə çıxarılan məsələlər dəyişdirilmədən aşağıdakı qaydada saxlanılır: 1. Kooperativin bəzi təsisçilərinin təsisçilikdən çıxması ilə bağlı ərizələrinin müzakirəsi; 2. Kooperativin bəzi təsisçilərinin təsisçilikdən çıxması səbəbi ilə Kooperativin nizamanmə kapitalının azaldılması, bununla əlaqədar yeni Nizamnamənin təsdiq edilməsi; 3. Digər cari məsələlər. Ümumi Yığıncaq AZ1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, Babək Plaza, B bloku, qapı B-11-01 ünvanında keçiriləcəkdir. Qeyd: Ümumi Yığıncaqda iştirak edəcək təsisçilərin 30 dəqiqə əvvəl gəlmələri və qeydiyyata alınmaları zəruridir.