Gəncə şəhəri 13 may 2026-cı il "Gəncə-Pivə" Açıq Tipli Səhmdar Cəmiyyəti 28 iyun 2026-cı il tarixində saat 12-00 də Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46 ünvanında 2025-ci maliyyə ilinin yekunları üzrə səhmdarların növbəti Ümumi Yığıncağının keçirilməsini elan edir. "Gəncə-Pivə" ATSC-nin 2025-ci ili yekunlaşdıran ümumi yığıncağının gündəliyinə daxıl olunan məsələlər aşağıdaklardır: 1."Gəncə-Pivə" ATSC-nin idarə heyətinin 2025-ci maliyyə ilinin yekunları barədə hesabatına, balans, mənfəət və zərər hesablarına baxılması; 2."Gəncə-Pivə" ATSC-nin müşahidə şurası, idarə heyətinin və maliyyə-təftiş komissiyasının üzvlərinin təstiq edilməsi; 3."Gəncə-Pivə" ATSC-nin mənfəət və ya zərərinin bölüşdürülməsi məsələsinə baxılması. Ümumi yığıncaq “Gəncə-Pivə” ATSC-nin Nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinə çıxarılmış məsələlərlə bağlı müvafiq sənədlər hər səhmdara onun səhmdarların reyestrində göstərilmiş ünvanına göndəriləcəkdir. Ünvan: Gəncə şəhəri, A. İsgəndərov kücəsi 46, “Gəncə-Pivə” ATSC Tel:(+994 22) 2688280 Gündəliyin müzakirəsinə çıxarılan məsələlərə dair öz münasibətini bildirmək və ya ona əlavə və ya dəyişiklik etmək istəyən və ya qeyd edilən sənədləri hər hansı səbəbdən almayan və ya ala bilməyən səhmdar yuxarıda göstərilən ünvana müraciət edə bilər. “ Gəncə-Pivə” ATSC-nin İdarə Heyəti.